Bank Of Baku

Dünya bazarında Azərbaycan qızılının qiyməti rekord həddə çatıb

Dünya bazarında Azərbaycan qızılının qiyməti rekord həddə çatıb
# 06 sentyabr 2011 14:21 (UTC +04:00)
Azərbaycanda qızıl hasilatı ilə məşğul olan «Azerbaijan International Mining Company» (AIMC) şirkətinin prezidenti Rza Vəziri «APA-Economics»ə bildirib ki, sentyabrın 5-də dünya bazarında Azərbaycan qızılının 1 tr. unsiyası 1 896,5 ABŞ dollarına satılıb. Bu, ilin əvvəlindəki qiymətdən 35% artıqdır.

«Qızılın bahalaşması AIMC və Azərbaycan hökuməti üçün müsbət tendensiyadır. Ümidim varam ki, qızılın qiyməti bundan da yüksək olacaq», - deyən şirkət rəhbəri 2011-ci ilin sonunadək qiymətin 2000 dollar/unsiyaya çatacağını proqnozlaşdırır.

R.Vəzirinin sözlərinə görə, bahalaşmanın əsas səbəbi dünya iqtisadiyyatındakı qeyri-sabitlik və investorların öz vəsaitlərini qorumaq üçün onları qızıla yatırmasıdır: «Bahalaşmanın əsas səbəbi dünya iqtisadiyyatındakı qeyri-sabitlikdir. Fikrimcə, ən böyük faktor yaranmış təşvişdir və onun təsiri qızılın qiymətinə tələbatdan qat-qat artıq təsir edir. Və nə qədər ki, dünya iqtisadiyyatında sabitlik yaranmayıb, məncə, qiymətlər o vaxtadək artacaq».

R.Vəzirinin sözlərinə görə, qızılın sürətlə bahalaşması və onun ixracından daxilolmaarın artması Azərbaycanda qızıl hasilatı prosesinin mənfəətə çıxmasına səbəb olub. Nəticədə, artıq sentyabr ayından etibarən AIMC vergi ödəməyə başlayıb: «Artıq 4,2 mln. dollar məbləğində ilk vergi ayırmaları dövlət büdcəsinə ödənilib».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR