Bank Of Baku

Azərbaycan Maliyyə Nazirliyinin əməkdaşı SOA/CAS imtahanından uğurla keçib

Azərbaycan Maliyyə Nazirliyinin əməkdaşı SOA/CAS imtahanından uğurla keçib
# 06 sentyabr 2011 14:55 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) əməkdaşı Amerika Aktuarilər Cəmiyyətlərinin (SOA/CAS) keçirdiyi imtahandan uğurla keçib.

DSNX-dən «APA-Economics»ə verilən məlumata görə, Xidmətin aparıcı məsləhətçisi Turan Məmmədov respublikada ilk dəfə olaraq qeyd olunan imtahanların dördüncü mərhələsindən (Exam C) müvəffəqiyyətlə keçib.

Qeyd edək ki, Amerika Aktuarilər Cəmiyyətlərinin (SOA/CAS) beynəlxalq səviyyədə aktuari peşəsi üzrə ixtisas imtahanları təşkil edir. Bu imtahanlarda əldə edilən nəticələr aktuari peşəsi üçün bir çox ölkələrdə lisenziya tələbləri kimi, ümumilikdə isə beynəlxalq səviyyədə fərqləndirici dərəcə kimi qəbul edilir. İmtahanlar həyat, qeyri-həyat, pensiya və digər ixtisas profillərinə bölünür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR