Bank Of Baku

«Paşa Həyat Sığorta» şirkəti xidmət spektrini genişləndirir

«Paşa Həyat Sığorta» şirkəti xidmət spektrini genişləndirir
# 07 sentyabr 2011 08:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Paşa Həyat Sığorta» şirkəti bu ilin oktyabr ayından «Annuited sığortası» növü üzrə xidmət göstərməyə başlayacaq. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədr müavini Niyaz İsmayılov bildirib.

N.İsmayılovun sözlərinə görə, bu sığorta növündə müştərilər şirkətlə müvafiq sığorta müqaviləsi bağlayaraq müəyyən yaş həddinədək (müddət müştərinin seçimindən asılıdır) öz gəlirlərinin müəyyən bir hissəsini sığorta şirkətinə əmanət şəklində ödəyir. «Müştəridən cəlb olunan vəsaitlər isə müvafiq banklara investisiya olunur. Nəticədə, müqavilə bitdikdən sonra toplanan vəsaitlərin üzərinə müəyyən faiz gəlirləri də hesablanmaqla müştərinin seçimindən asılı olaraq vəsait birdəfəlik və ya annuited olaraq müştəriyə ödənilir. Müqavilədə minimum yaş həddi 18, müqavilənin minimum müddəti isə 3 il qeyd olunur. Bu, bir növ pensiya sığortası kimidir», - deyə N.İsmayılov bildirib.

Qeyd edək ki, «Paşa Həyat Sığorta» sığorta şirkəti 2010-cu il noyabrın 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci il fevralın 14-də verilib. Cari il sentyabrın 1-nə şirkətin nizamnamə kapitalı 7 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR