Bank Of Baku

«Atəşgah Həyat» sığorta şirkəti həlak olmuş briqadirin ailəsinə 11 min manat ödəyib

«Atəşgah Həyat» sığorta şirkəti həlak olmuş briqadirin ailəsinə 11 min manat ödəyib
# 07 sentyabr 2011 09:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atəşgah Həyat» sığorta şirkəti «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» növü üzrə növbəti sığorta ödənişini həyata keçirib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, 2011-ci ilin fevralında öz əməkdaşlarını «Atəşgah Həyat»da bu növ üzrə sığortalamış sənaye müəssisələrindən birinin əməkdaşı (briqadir) yüksək gərginlikli elektrik cərəyanı səbəbindən vəfat edib.

Bu sığorta hadisəsi ilə bağlı birdəfəlik sığorta ödənişinin məbləği bağlanılmış müqaviləyə uyğun olaraq 10 891 manat təşkil edib. Məbləğ faydalanan şəxslərə, yəni həlak olmuşun həyat yoldaşı və övladlarına verilib.

Qeyd edək ki, cari ilin əvvəlindən «Atəşgah Həyat»da bu növ üzrə 20-dən artıq sığorta hadisəsi ilə bağlı müraciət daxil olub.

Xatırladaq ki, «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» qanun 2010-cu ilin dekabrında qüvvəyə minib.

Qeyd edək ki, «Atəşgah Həyat» sığorta şirkəti 2009-cu ildə fəaliyyətə başlayıb. Şirkət həyat sığortasının inkişafı üzrə xüsusi sığorta xidmətləri üzrə ixtisaslaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR