Bank Of Baku

Azərbaycan «tax free» xidmətinin tətbiqinə hazırlaşır

Azərbaycan «tax free» xidmətinin tətbiqinə hazırlaşır
# 07 sentyabr 2011 10:09 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin şöbə müdiri Şamil Ərəbov bildirib. Onun sözlərinə görə, hazırda bununla bağlı müvafiq araşdırmalar aparılır.

Ş.Ərəbov bildirib ki, Vergilər Nazirliyində xarici vətəndaşların Azərbaycanda aldığı mallar üzrə ödənilmiş vergilərin qaytarılması sisteminin qurulmasına iə bağlı məsələlər araşdırılır.

Qeyd edək ki, dünyanın əksər ölkələrində tətbiq edilən «tax free» sistemi ölkə daxilində xarici vətəndaşlar tərəfindən alınan mallar üzrə ödənilmiş vergilərin hava limanlarında qaytarılmasını nəzərdə tutur. Bu, həm turizmin, həm ticarətin inkişafı baxımından cəlbedici rol oynayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR