Bank Of Baku

Hesablama Palatasının rəhbərliyi Avropa İttifaqının nümayəndə heyəti ilə görüşüb

Hesablama Palatasının rəhbərliyi Avropa İttifaqının nümayəndə heyəti ilə görüşüb
# 07 sentyabr 2011 15:21 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycanda Dövlət Maliyyə Siyasəti İslahatlarına Dəstək Proqramı çərçivəsində nəzərdə tutulan tədbirlər Hesablama Palatasının sədri Heydər Əsədovun Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Roland Kobia ilə görüşündə müzakirə olunub.

Palatadan «APA-Economics»ə verilən məlumata görə, Heydər Əsədov adı çəkilən proqramda Hesablama Palatasına aid olan tədbirlərin həyata keçirilməsində qurumun maraqlı olduğunu bildirib. Bununla yanaşı, palata rəhbərliyi həmin tədbirlərin daha da konkretləşdirilməsini, bu zaman palatanın istəklərinin və Avropa İttifaqının tələblərinin işçi qrupu səviyyəsində daha geniş və müfəssəl müzakirə olunmasının vacibliyini, prosedur qaydalarının yerinə yetirilməsi üzrə aidiyyəti qurumlara və hökumətə müvafiq müraciətin göndərilməsinin məqsədəuyğun olduğunu bildirib. Eyni zamanda bildirilib ki, proqramda nəzərdə tutulan islahat xarakterli bir sıra tədbirlər artıq palata tərəfindən həyata keçirilir.

R.Kobia və Avropa Komissiyasından olan qonaqlar Hesablama Palatasının dövlət maliyyəsinin idarə olunmasında rolunu xüsusi vurğulayaraq, qurumla əməkdaşlığa xüsusi önəm verdiklərini, bu proqramın uğurla həyata keçiriləcəyinə ümidvar olduqlarını bildiriblər. Qonaqlar onu da deyiblər ki, Dövlət Maliyyə Siyasəti İslahatlarına Dəstək Proqramı çərçivəsində görüləcək işlərin Korporativ və Dövlət Sektorunda Hesabatlılıq Layihəsi (CAPSAP) çərçivəsində görülən işlərlə uzlaşdırılmasında maraqlıdırlar. Tərəflər arasında digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR