Bank Of Baku

«Azərsığorta» şirkətinin daxilolmaları son bir ildə 3% artıb

«Azərsığorta» şirkətinin daxilolmaları son bir ildə 3% artıb
# 08 sentyabr 2011 10:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkətinin 2011-ci il yanvar-avqust aylarında topladığı sığorta haqlarının həcmi 17,518 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 3,1% çoxdur.

Şirkətin Plan İdarəsinin rəisi Asif İsmayılovun «APA-Economics»ə verdiyi məlumata görə, hesabat dövründə toplanan sığorta haqlarının strukturunda 1,036 mln. manat «Fərdi qəza və xəstəliklər sığortası», 0,744 mln. manat «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası», 0,310 mln. manat «Avtomobillərin KASKO sığortası», 0,220 mln. manat «Müəssisə və təşkilatların əmlakının sığortası» növlərinin payına düşüb.

A.İsmayılovun sözlərinə görə, daxilolmaların tərkibində «Hərbi qulluqçuların icbari sığortası» növü üzrə rəqəm açıqlanmasa da, ən çox sığorta haqqı məhz bu sığorta növü üzrə toplanılıb.

Ödənişlərə gəldikdə isə, bu müddət ərzində sığorta hadisələri üzrə ödənilən vəsaitlərin həcmi 10% artaraq 7,767 mln. manata çatıb. Sığorta ödənişlərində ən çox vəsait «Tikintilərin sığortası» (0,638 mln. manat), «Avtomobillərin KASKO sığortası» (0,315 mln. manat), «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (0,166 mln. manat) növləri üzrə ödənilib.

Qeyd edək ki, hesabat dövründə şirkətin icbari sığorta növləri üzrə topladığı sığorta haqlarının həcmi 15 mln. manat, qeyd olunan növlər üzrə ödənilən vəsaitlərin həcmi isə 5 mln. manat olub. Könüllü sığorta növləri üzrə isə yığım 2,426 mln. manat, ödənişlər 1,699 mln. manat təşkil edib.

Qeyd edək ki, hesabat operativ məlumatlar əsasında hazırlanıb.

Xatırladaq ki, «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti 1991-ci ildən fəaliyyət göstərir. Hazırda şirkət 10 icbari və 20 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR