Bank Of Baku

Dünya bank sistemində kütləvi ixtisarlar başlayır

Dünya bank sistemində kütləvi ixtisarlar başlayır
# 14 sentyabr 2011 08:56 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Qərb ölkələrinin iri bankları bütün dünya üzrə işçilərinin kütləvi ixtisarlarına hazırlaşır.

APA-Economics”in «Reuters»ə istinadən məlumatına görə, bu qərar bankların cari ilin II rübündəki nəticələrinə görə qəbul edilib. İri bankların bütün dünyadakı ofisləri üzrə ümumilikdə 100 min nəfərin ixtisar ediləcəyi gözlənilir.

Ən böyük ixtisarlar Britaniyanın HSBC və ABŞ-ın «Bank of America» banklarında gözlənilir. Bu bankların hər biri öz xidməti personalını 30 min nəfər azaldacaq. Britaniyanın digər bankı - «Lloyd’s»da isə 15 min nəfər ixtisar ediləcək.

İsveçrənin «UBS» bankı 3,5 min nəfəri, Britaniyanın «Barclay’s» bankı və «Intesa Sanpaolo» bankı 3 min nəfəri ixtisar etmək niyyətindədir. «Royal Bank of Scotland» və «Credit Suisse» bankları da hərəyə 2 min işçisini azaldacaq. Fransanın «Societe Generale» bankı da bir neçə min işçisini ixtisar etmək niyyətində olduğunu açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR