Bank Of Baku

Azərbaycanda iqtisadi artım tempi sabit qalıb

Azərbaycanda iqtisadi artım tempi sabit qalıb
# 14 sentyabr 2011 12:58 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ÜDM-in 66,8%-i məhsul istehsalı sahələrində, o cümlədən 53,3%-i sənaye müəssisələrində, 7,3%-i inşaat kompleksində, 6,2%-i isə aqrar bölmədə istehsal olunub. Xidmət sahələrində yaradılmış əlavə dəyərin 6%-i nəqliyyat, 8,3%-i ticarət, pullu xidmət və ictimai iaşə, 1,7%-i rabitə, 11,3%-i digər sahələrin payına düşüb. Məhsula və idxala tətbiq olunmuş vergilər ÜDM-in 5,9%-ni təşkil edib.

Hesabat dövründə orta hesabla adambaşına 3 418,4 manatlıq (4 320,6 ABŞ dolları) ÜDM istehsal olunub.

Qeyri-neft sektorunda əlavə dəyər istehsalı 8,5% artıb, neft sektorunda 6,2% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR