Bank Of Baku

«United Credit Bank»ın «Əhmədli» filialı yeni ünvana köçüb

«United Credit Bank»ın «Əhmədli» filialı yeni ünvana köçüb
# 15 sentyabr 2011 08:59 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «United Credit Bank» ASC-nin «Əhmədli» filialı yeni ünvana köçüb. Bu barədə «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədr müavini Vahid Əliyev bildirib.

V.Əliyevin sözlərinə görə, bankın «Əhmədli» filialı hazırda fəaliyyətini Şərifzadə küçəsi,3137-ci məhəllə ünvanında davam etdirir. Filialın yerinin dəyişdirilməsinə əsas səbəb kimi sədr müavini köhnə ünvanın yerinin uzaq olması, həmçinin müştərilərin bu filialın xidmətlərindən tam yaralanmaması ilə əlaqələndirib. «Yeni ünvan isə şəhər mərkəzinə daha yaxın və çox əlverişli yerdədir. İnanırıq ki, yeni ünvanda filial fəaliyyətini daha ada gücləndirəcək», - deyə V.Əliyev bildirib.

Qeyd edək ki, bankın «Əhmədli» filialı Şirvani küçəsi,5 ünvanında fəaliyyət göstərib.

Xatırladaq ki, təsisçisi 1 hüquqi və 2 fiziki yerli şəxs olan «United Credit Bank» ASC 1996-cı ildə «Rossiyskiy Kredit» Rusiya-Azərbaycan Kommersiya Bankı kimi yaradılıb və 1998-ci ildə brendini dəyişib. Cari il iyul ayının 1-nə bankın 6 filialı, 5 bankomatı, 39 POS-terminalı və 124 işçisi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR