Bank Of Baku

Sabah Bakıda auditorların beynəlxalq forumu işə başlayır

Sabah Bakıda auditorların beynəlxalq forumu işə başlayır
# 15 sentyabr 2011 10:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Sentyabrın 15-də Bakıda «Şəffaflığın artırılmasında beynəlxalq maliyyə hesabatları və audit standartlarının tətbiqi problemləri» mövzusunda mühasiblərin və auditorların III Avrasiya forumu başlayacaq.

Azərbaycan Auditorlar Palatasından (AAP) «APA-Economics»ə verilən məlumata görə, sentyabrın 17-dək davam edəcək forumda Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) prezidenti Cefri Britton da iştirak edəcək.

Qeyd edək ki, kiçik biznesdə beynəlxalq mühasibat uçotu və audit standartlarının tətbiqi məsələlərinə daha çox önəm verən EFAA nüfuzlu regional təşkilatdır. Hazırda Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, İspaniya, Portuqaliya kimi 13 tamhüquqlu və bir assosiativ üzvü olan EFAA-da postsovet məkanını cəmi iki ölkə - Azərbaycan və Ukrayna təmsil edir.

Xatırladaq ki, AAP 2003-cü il mayın 5-də EFAA-ya tamhüquqlu üzv qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR