Bank Of Baku

«Bakı Sığorta» şirkəti yeni ofisə köçür

«Bakı Sığorta» şirkəti yeni ofisə köçür
# 15 sentyabr 2011 11:59 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bakı Sığorta» şirkəti gələn həftədən etibarən fəaliyyətini yeni ofisdə davam etdirəcək. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədr müavini Mehman Əliyev bildirib.

M.Əliyevin sözlərinə görə, icarəyə götürülmüş yeni ofis paytaxtın Füzuli küçəsi,65 ünvanında yerləşir. Yerdəyişmənin əsas məqsədi mövcud ofisdən fərqli olaraq yeni ünvanda şirkətin daha geniş ofisə malik olmasıdır.

Qeyd edək ki, hazırda şirkət fəaliyyətini Xəqani küçəsi,25 ünvanında davam etdirir.

Xatırladaq ki, təsisçisi «Bank Respublika» ASC (51%) və digər yerli hüquqi və fiziki şəxslər olan «Bakı Sığorta» şirkəti 2007-ci ilin avqustundan fəaliyyət göstərir. Cari il sentyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 4,377 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR