Bank Of Baku

Azərbaycana cəlb edilən xarici kapitalın həcmi 6% artıb

Azərbaycana cəlb edilən xarici kapitalın həcmi 6% artıb
# 15 sentyabr 2011 12:15 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2011-ci ilin yanvar-iyun ayları üzrə tədiyyə balansında əks olunmuş xaricdən cəlb olunan kapitalın ümumi məbləği 4 mlrd. dollar təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünün analoji göstəricisindən 6,2% çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici əsasən ölkəyə cəlb olunmuş birbaşa investisiyalar və xarici kreditlər hesabına formalaşıb:

(mln. dollar)

Cəlb olunan xarici kapitalın strukturu

 

2010-ci il, 6 ay

2011-ci il, 6 ay

Birbaşa investisiyalar

1 460,1

2 000,5

- neft-qaz sektoru

1 175,1

1 583,4

- digər sektorlar

285,0

417,1

Kreditlər və digər investisiyalar

2 309,4

2 001,4

- dövlət təminatlı kreditlər

321,5

607,3

- dövlət təminatlı olmayan kreditlər

1 233,8

1 165,3

-- neft-qaz sektoru

179,0

402,6

-- banklar

955,8

476,4

-- digərləri

98,9

286,3

- digər investisiyalar

754,1

228,8

CƏMİ

3 769,5

4 001,9



Mərkəzi Bankın tədiyyə balansının şərhində deyilir ki, birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi həcmi 2 mlrd. dollar olub ki, bu investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 79,2% təşkil edib. Kreditlər və digər investisiyalar formasında cəlb olunmuş sərmayələrin həcmi 13,3% azalıb, onların xarici kapitalın strukturunda xüsusi çəkisi isə 11,3 faiz bəndi azalaraq 50% təşkil edib. Cədvəldən göründüyü kimi, azalma əsasən banklar tərəfindən cəlb edilmiş kreditlər və digər investisiyalar hesabına formalaşıb.

Tədiyyə balansına əsasən, əvvəlki dövrlərdə cəlb olunmuş kreditlər üzrə 1 182,1 mln. dollar miqdarında vəsait geri qaytarılıb. Qaytarılmış kreditlərin 50%-i (590,8 mln. dollar) bank sistemi, 10,5%-i (124,1 mln. dollar) dövlət və dövlət təminatı əsasında cəlb olunmuş kreditlər, 24,4%-i (288,0 mln. dollar) neft-qaz sektoru, 15,1%-i (179,2 mln. dollar) isə digər müəssisələr və firmaların payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR