Bank Of Baku

BVF rəhbəri: “Dünyanın nəhəng iqtisadiyyatları deqradasiya riski ilə üzləşib”

BVF rəhbəri: “Dünyanın nəhəng iqtisadiyyatları deqradasiya riski ilə üzləşib”
# 16 sentyabr 2011 07:19 (UTC +04:00)
Bakı - APA-Economics. Dünya iqtisadiyyatının artım templəri zəifləyir. “APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bu açıqlama ilə Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqard çıxış edib.

O, inkişaf etmiş ölkələri təhlükəli faktorlarla mübarizə aparmaq üçün zəruri tədbirlər görməyə çağırıb: “Kollektiv və aktiv iştirak olmazsa, dünyanın nəhəng iqtisadiyyatlarını inkişaf əvəzinə deqradasiya riski gözləyir”.

K.Laqard inkişaf etmiş ölkələrin də təhlükədən sığortalanmadığını vurğulayıb. Onun fikrincə, maliyyə sektorunda islahatlar aparılması dünya ölkələri üçün prioritet olmalıdır: “Avrozona liderləri maliyyə problemləri ilə konsolidasiya şəraitində mübarizə aparmalı, bütün bankların düzgün kapitallaşmasını təmin etməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR