Bank Of Baku

Azərbaycan prezidenti “İcbari sığortalar haqqında” qanunun tətbiqi haqqında fərman imzalayıb

Azərbaycan prezidenti “İcbari sığortalar haqqında” qanunun tətbiqi haqqında fərman imzalayıb
# 17 sentyabr 2011 07:35 (UTC +04:00)
APA-nın məlumatına görə, Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “İcbari sığortalar haqqında” qanuna uyğunlaşdırılmasına dair təkliflərini prezidentə təqdim etmək, Nazirlər Kabinetinin aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etmək və bu barədə prezidentə məlumat vermək, müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etmək və bu barədə prezidentə məlumat vermək, həmin qanunda nəzərdə tutulmuş icbari sığorta etdirilməli olan dövlət əmlakının siyahısını müəyyən etmək və bu barədə prezidentə məlumat vermək, qanunda nəzərdə tutulmuş ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olan aztəminatlı ailələrə məxsus yaşayış evlərinin və mənzillərin icbari sığortası üzrə sığorta haqlarının dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsi qaydasını müəyyən etmək və bu barədə prezidentə məlumat vermək, eləcə də qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Fərmanda Ədliyyə və Maliyyə nazirliklərinə də qanunun tətbiqi ilə bağlı müvafiq tapşırıqlar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR