Bank Of Baku

Azərbaycanın cari transfertlər üzrə müsbət saldosu kəskin artıb

Azərbaycanın cari transfertlər üzrə müsbət saldosu kəskin artıb
# 19 sentyabr 2011 14:21 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın tədiyyə balansında əks olunan cari transfertlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 2011-ci il ilin yanvar-iyun ayları ərzində 1 443,1 mln. ABŞ dolları təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu məbləğin 890,3 mln. dolları və ya 61,7%-ni ölkəyə daxilolmalar, 552,8 mln. manatı və ya 38,3%-ni isə ölkədən transfertlər təşkil edib.

Cari transfertlər üzrə ümumi daxilolmaların 94,4%-ni xarici ölkələrdən fiziki şəxslərə köçürülən pul baratları, 1,8%-ni ölkəyə gətirilən humanitar malları, 3,8%-ni isə digər daxilolmalar təşkil edib.

Bütövlükdə, cari transfertlər üzrə əməliyyatların müsbət saldosu 337,5 mln. dollar təşkil edib ki, bu da ötən ilin 6 ayına nisbətən 1,6 dəfə çoxdur. Qeyd edək ki, ölkəyə transfertlər 46,1%, ölkədən aparılan transferlər isə 41,5% artıb ki, nəticədə, saldonun artımı ilk növbədə ölkəyə transfertlərin artımı ilə bağlı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR