Bank Of Baku

Azərbaycanın xidmətlər balansının mənfi saldosu artıb

Azərbaycanın xidmətlər balansının mənfi saldosu artıb
# 21 sentyabr 2011 11:54 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bunun 2 367,8 mln. dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 1 177,1 mln. dolları isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərdiyi xidmətlərin dəyəridir. Beləliklə, xidmətlər balansının saldosu mənfi 1 190,7 mln. dollar olub ki, bu da ötən ilin yanvar-iyun aylarına nisbətən 53,5% çoxdur.

Qarşılıqlı xidmətlər dövriyyəsinin 20,9%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 739,5 mln. dollar olan nəqliyyat xidmətlərinin 52,5%-i Azərbaycan rezidentlərinin xarici dövlətlərin nəqliyyat sistemlərindən istifadə etmələri ilə əlaqədardır. Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdiyi nəqliyyat xidmətlərinin ümumi dəyəri isə 351,2 mln. təşkil edib. Nəticədə, nəqliyyat xidmətləri üzrə mənfi saldo 37,2 mln. dollar təşkil edib.

Ötən dövr ərzində xarici ölkə vətəndaşlarına turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 516,8 mln. dollar məbləğində olub. Öz növbəsində, xarici ölkələrdə Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 709,2 mln. dollar məbləğində olub. Nəticədə, turizm xidmətləri üzrə 192,4 mln. dollar həcmində mənfi saldo yaranıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR