Bank Of Baku

«BP-Azerbaijan»ın əməkdaşlarını «Atəşgah Həyat» şirkəti sığortalayacaq

«BP-Azerbaijan»ın əməkdaşlarını «Atəşgah Həyat» şirkəti sığortalayacaq
# 21 sentyabr 2011 13:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atəşgah Həyat Sığorta» şirkəti «BP-Azerbaijan» şirkətinin elan etdiyi tenderin qalibi elan olub.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, tenderin şərtlərinə əsasən, «Atəşgah Həyat Sığorta» şirkəti «BP-Azerbaijan»ın əməkdaşlarını 2010-cu ilin dekabrından tətbiq olunan «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» qanuna uyğun olaraq sığortalayacaq.

Qeyd edək ki, «Atəşgah Həyat Sığorta» şirkəti 2009-cu ildə fəaliyyətə başlayıb. Şirkət həyat sığortasının inkişafı üzrə xüsusi sığorta xidmətləri üzrə ixtisaslaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR