Bank Of Baku

«Azərqarant» sığorta şirkəti son bir ildə daxilolmalarını 44% artırıb

«Azərqarant» sığorta şirkəti son bir ildə daxilolmalarını 44% artırıb
# 21 sentyabr 2011 14:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərqarant» sığorta şirkətinin 2011-ci ilin yanvar-avqust aylarında topladığı sığorta haqlarının həcmi 751 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 44% çoxdur.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişləri 3,2 dəfə artaraq 128,8 min manata çatıb.

Hesabat dövründə könüllü sığorta növləri üzrə 494 min manat, icbari sığorta üzrə isə 257 min manat həcmində sığorta haqqı yığılıb. Bununla yanaşı, könüllü sığorta növləri üzrə 91 min manat, icbari sığorta növləri üzrə isə 38,2 min manat həcmində ödəniş həyata keçirilib.

Toplanan sığorta haqlarının çox hissəsi «Fərdi qəza və xəstəlik sığortası» (264,450 min manat), «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (235,958 min manat) və «Avtonəqliyyat vasitələrinin sığortası» (131,435 min manat) növlərinin payına düşüb. Bu növlərin ümumi daxilolmalarda xüsusi çəkisi isə müvafiq olaraq 35%, 31% və 18% təşkil edib.

Ödənişlərə gəldikdə isə, ən çox vəsait «Fərdi qəza və xəstəlik sığortası» (63,533 min manat və ya 49%) və «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (38,163 min manat və ya 30%) növləri üzrə ödənilib.

Xatırladaq ki, təsisçisi bir yerli fiziki şəxs olan «Azərqarant» sığorta şirkəti 1993-cü ildən fəaliyyət göstərir. Cari il sentyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 4,010 mln. manat təşkil edib. Şirkət 23 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR