Bank Of Baku

Azərbaycan əhalisinin nominal gəlirləri son bir ildə 19% artıb

Azərbaycan əhalisinin nominal gəlirləri son bir ildə 19% artıb
# 22 sentyabr 2011 09:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əhalinin hər nəfərinə düşən gəlirləri 2010-cu ilin eyni dövrü ilə müqayisədə 17% artaraq 2 107,4 manat və ya orta hesabla ayda 263,4 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hər nəfərə düşən gəlirlərin artım sürəti istehlak qiymətlərinin bahalaşmasını 8,5 faiz bəndi üstələyib.

«Bu dövr ərzində ölkə əhalisi tərəfindən əldə edilmiş 19 mlrd. manatlıq gəlirin 66,1%-i son istehlak xərclərinə, 8%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilib, 24,6%-i isə yığıma yönəldilib. Ümumiyyətlə, hesabat dövründə əhalinin nominal gəlirləri əvvəlki ilin ilk səkkiz ayı ilə müqayisədə 18,5% artıb», - deyə Komitədən bildirilib.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 17,5 mlrd. manat həcmində və ya əvvəlki ildəkindən 20% çox vəsait qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR