Bank Of Baku

Azərbaycanda II Sığorta Olimpiadası keçiriləcək

Azərbaycanda II Sığorta Olimpiadası keçiriləcək
# 22 sentyabr 2011 09:28 (UTC +04:00)
Bakı - APA-Economics. Bu il sentyabrın 30-da Azərbaycanda II Sığorta Olimpiadası keçiriləcək. Bu barədə “APA-Economics”ə Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) məlumat verilib.

Bütün sığorta şirkətlərinin gənc əməkdaşlarının iştirak edəcəyi olimpiada iki mərhələdən - sığorta və sığorta qanunvericiliyi mövzusunda test suallarına cavablardan və intellektual oyunlardan ibarət olacaq. Burada iştirakçılar reallığa çox yaxın vəziyyətlərdə sığorta biznesinin təşkili və müştərilərə xidmət məsələlərində ən düzgün həlləri tapmalıdırlar.

Olimpiadada daha bir yenilik isə sığortaçılar üçün diskotekanın təşkil edilməsidir. Məqsəd bu cür qeyri-formal ünsiyyət yaratmaqla effektiv və yeni tanışlıqlar sahəsində daha çox fayda verməkdir.

“Mən inanıram ki, olimpiadada iştirak üçün nümayəndənin seçilməsi sığorta şirkəti daxilində heç də asan proses deyil. Bilirəm ki, bəzi şirkətlər onları olimpiadada layiqincə təmsil edəcək ən yaxşı əməkdaşı təyin etmək üçün müvafiq müsabiqələr təşkil edirlər. Hazırda olimpiada təşkilatçılarının qoyduğu yeganə məhdudiyyət ondan ibarətdir ki, olimpiada iştirakçısının sığorta sahəsində iş stajı 5 ildən artıq olmasın. Bu il olimpiadada iştirak üçün broker şirkətlərinin nümayəndələri də dəvət olunacaqlar.
Assosiasiyanın məqsədi maksimal sayda sığorta bazarı iştirakçılarını bu cür tədbirlərdə iştiraka cəlb etməkdir” - deyə ASA-nın sədri Azər Əliyev keçiriləcək bildirib.

Qeyd edək ki, keçən ilki sığorta olimpiadasında 14 şirkətdən cəmi 30 nümayəndə iştirak edib. Qaliblər hədiyyələr və xaricdə treninqdə iştirak hüququ qazanıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR