Bank Of Baku

BVF: Gələn il Azərbaycanda inflyasiya 10%-i keçəcək

BVF: Gələn il Azərbaycanda inflyasiya 10%-i keçəcək
# 22 sentyabr 2011 14:39 (UTC +04:00)
APA-nın məlumatna görə, 2011-2012-ci illərə dair proqnozları əks etdirən sənəddə Azərbaycanın cari və gələn ildə iqtisadi inkişaf templəri barədə rəy əks olunub.

BVF ekspertləri hesab edirlər ki, Azərbaycan və MDB-nin digər enerji ixrac edən ölkələrində iqtisadiyyatın mülayim inkişafı nəzərə çarpacaq. Bununla yanaşı qeyd olunur ki, Azərbaycanın neft hasilatında meydana çıxan fasilələr 2011-ci ilin yekununa əsasən özünü istehsalın qəfil azalmasında büruzə verəcək: «Halbuki, əlavə büdcə gəlirləri səbəbindən qeyri-neft sektorunun inkişafı gözə dəyəcək».

Hesabata əsasən, orta perspektivdə Azərbaycanda neft hasilatının səviyyəsi aşağı düşməyə başlayacaq və buna əsas səbəb mövcud ehtiyatların tədricən azalması olacaq.

İnflyasiya gözləntilərinə gəlincə, fondun ekspertləri hesab edirlər ki, Azərbaycanda qiymət artımı müşahidə ediləcək və inflyasiyanın 10% həddinə yaxınlaşacağı gözlənilir: «Bu, əsasən ilin ilk yarısında xammal qiymətlərinin kəskin yüksəlişi və istehlak səbətində ərzaq məhsullarının payının çoxluğu ilə bağlıdır».

Sənədə əsasən, digər MDB ölkələri kimi Azərbaycan iqtisadiyyatı da dünya iqtisadiyyatında baş verən təlatümlərə xüsusən həssasdır və bu, birbaşa xammal qiymətləri ilə əlaqəlidir.

BVF heçab edir ki, 2011-ci ildə Azərbaycanda ÜDM-in artım tempi cəmi 0,2% təşkil edəcək, gələn il isə bu göstəricinin artaraq 7%-ə çatacağı gözlənilir. İnflyasiyanın isə müvafiq olaraq 9,3% və 10,3% təşkil edəcəyi ehtimal olunur. İşsizlik səviyyəsinə gəlincə, hər iki ilə fondun proqnozu eynidir – 6%.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR