Bank Of Baku

Azərbaycan İpoteka Fondu istiqrazların III emissiyasının yerləşdirilməsini başa çatdırıb

Azərbaycan İpoteka Fondu istiqrazların III emissiyasının yerləşdirilməsini başa çatdırıb
# 22 sentyabr 2011 14:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının üçüncü emissiyasının sonuncu tranşının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, 3 investorun iştirak etdiyi hərraca 3 mln. manat həcmində istiqraz çıxarılıb. Sifarişlərin həcmi 7,550 mln. manat təşkil edib. Sifarişlər 100,5667% qiyməti ilə təqdim edilib. Hərrac nəticəsində yerləşdirilmiş istiqrazların həcmi 3 mln. manat təşkil edib ki, bunun nəticəsində AİF-in üçüncü emissiyasının sonuncu tranşı tam yerləşdirilib.

İstiqrazlar üzrə öhdəliklər emitent tərəfindən 2017-ci ilin dekabrın 11-də icra olunacaq.

Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən AİF-in faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının emissiya prospekti 2010-cu ilin noyabr ayında qeydə alınıb. Emissiyanın ümumi həcmi 60 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqrazlar üzrə gəlirlik isə illik 3% təşkil edir.

Xatırladaq ki, bundan öncə AİF ümumi həcmi 55 mln. manat (2009-cu il) və 75 mln. manat (2010-cu il) faizli adlı sənədsiz təmin edilməmiş məbləğində ipoteka istiqrazları buraxıb. Sözügedən hər iki emissiya tam həcmdə yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR