Bank Of Baku

«ASB Bank» kredit kartlarını ucuzlaşdırıb

«ASB Bank» kredit kartlarını ucuzlaşdırıb
# 23 sentyabr 2011 10:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərbaycan Sənaye Bankı» ASC kredit kartlarına 50%-lik endirim aksiyası keçirir. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, sentyabrın 22-dən etibarən ASB kredit kartlarının illik xidmət haqqı tariflərinə 50%-lik güzəşt, debit kartlarını isə pulsuz olaraq təqdim etməyə başlayıb.
Bankdan bildirib ki, kampaniya bu il dekabr ayının 31-dək davam edəcək.
Xatırladaq ki, ASB 1996-cı ildən fəaliyyətə başlayıb. Bu il sentyabr ayının 1-nə bankın aktivləri 164,982 mln. manat, depozit portfeli 90,688 mln. manat, kredit portfeli 135,366 mln. manat, nizamnamə kapitalı isə 24 mln. manat təşkil edib. Bankın ölkə üzrə 8 filialı, 1 şöbəsi, 32 bankomatı və 314 POS-terminalı mövcuddur. Bankın plastik kartlardan istifadə edən müştərilərinin sayı 20 min, cəmi müştərilərinin sayı isə 35,8 mindən çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR