Bank Of Baku

“Moody’s” Yunanıstanın 8 bankının reytinqini aşağı salıb

“Moody’s” Yunanıstanın 8 bankının reytinqini aşağı salıb
# 23 sentyabr 2011 12:10 (UTC +04:00)
Bakı - APA-Economics. “Moody’s Investors Service” beynəlxalq reytinq agentliyi Yunanıstanın 8 bankının reytinqini 2 pillə aşağı salıb.

APA-Economics”in xəbərinə görə, “Moody’s”dən buna səbəb ölkə iqtisadiyyatının zəifliyi və bankların likvidliyə münasibətdə zəif mövqeləridir.

Reytinqi aşağı salınan banklar bunlardır: “National Bank of Greece SA”, “EFG Eurobank Ergasias SA”, “Alpha Bank AE”, “Piraeus Bank SA”, “Agricultural Bank of Greece”, “Attica Bank SA” (reytinqləri B3-dən Caa2-yə endirilib), “Emporiki Bank of Greece” və “General Bank of Greece” (B1-dən B2-yə endirilib).

Adı çəkilən bankların bank depozitlərinin uzunmüddətli reytinqi “neqativ” proqnozlaşdırılıb.

Qeyd edək ki, Avropa İttifaqının “zəif bəndi” sayılan Yunanıstanın xarici borcu 300 mlrd. dolları ötür. Bu, avrozona ölkələri arasında ən yüksək göstəricidir. Yunanıstanın dövlət borcu Avropanın bütün vergi ödəyiciləri üçün ağır yükə çevrilib. Hesablamalara görə, hər bir avropalı dolayı yolla Afinaya 535 avro kömək edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR