Bank Of Baku

«Atəşgah Həyat Sığorta» istehsalatda bədbəxt hadisələrdən icbari sığorta növü üzrə 8 min müqavilə bağlayıb

«Atəşgah Həyat Sığorta» istehsalatda bədbəxt hadisələrdən icbari sığorta növü üzrə 8 min müqavilə bağlayıb
# 23 sentyabr 2011 13:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atəşgah Həyat Sığorta» şirkəti 2011-ci il yanvar-avqust aylarında «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» növü üzrə 8 minə yaxın sığorta müqaviləsi bağlayıb. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədri vəzifəsini icra edən Əkbər Mədəli bildirib.

Ə.Mədətlinin sözlərinə görə, qeyd olunan sığorta müqavilələri üzrə 250 minə yaxın işçi sığortalanıb: «Müştərilər sırasında iri şirkətlərlə yanaşı kiçik şirkətlər də var. Belə ki, şirkətlər sırasında 30 manata qədər sığorta haqqı ödəyən 3500 kiçik müştərilər də var».

Qeyd edək ki, şirkətin bu ilin yanvar-iyul aylarında topladığı sığorta haqlarının həcmi 5,631 mln. manat, sığorta ödənişləri isə 107 min manat təşkil edib.

Qeyd edək ki, «Atəşgah Həyat Sığorta» şirkəti 2009-cu ildə yaradılıb. Şirkət həyat sığortasının inkişafı üzrə xüsusi sığorta xidmətləri üzrə ixtisaslaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR