Bank Of Baku

Almaniya jurnalı: “Yunanıstanın girovu olmaqdansa, Türkiyənin ortağı olaq”

Almaniya jurnalı: “Yunanıstanın girovu olmaqdansa, Türkiyənin ortağı olaq”
# 23 sentyabr 2011 13:55 (UTC +04:00)
Bakı - APA-Economics. Almaniya mətbuatı avrozonada yaranmış borc böhranını ciddi müzakirə edir. “APA-Economics”in xəbərinə görə, bununla bağlı “Focus” jurnalında maraqlı dərc edilib.

Uli Dönch imzası ilə dərc olunan yazıda Yunanıstanın oktyabr ayına qədər iflas edəcəyi bildirilir: “Yunanıstanın girovu olmaqdansa, Türkiyənin ortağı olaq. Çünki Türkiyə iqtisadiyyatı sürətlə böyüyür. Türkiyə qapımızın ağzındakı Çindir”.

Müəllif 2005-ci ildən Avropa İttifaqına üzvlük müzakirələri aparan Türkiyənin üzvlük üçün haqqının çatdığını vurğulayıb: “Əhalisi yaşlanan Avropanın Türkiyəyə ehtiyacı, Türkiyənin Avropaya olan ehtiyacından çoxdur. Türkiyə dünyanın hər yerində çalışmaq qabiliyyəti olan bilikli gənclərə sahibdir. Ona görə də Türkiyə qapımızın ağzında çox gözləməyəcək. Bir an öncə onu içəri alaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR