Bank Of Baku

“Fitch” Rusiyanın suveren reytinqini artıra bilər

“Fitch” Rusiyanın suveren reytinqini artıra bilər
# 23 sentyabr 2011 14:05 (UTC +04:00)
Bakı - APA-Economics. “Fitch” reytinq agentliyi prezident seçkilərindən sonra Rusiyanın suveren reytinqini artıra bilər. “APA-Economics”in xəbərinə görə, bu barədə agentliyin suveren reytinqlər üzrə analitiki Edvard parker “Reuters”ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, suveren reytinqin yüksəlməsi üçün hökumət fiskal siyasəti sərtləşdirməli və büdcənin qeyri-neft kəsirini azaltmalıdır: “ Rusiya artıq 12 aydır müsbət proqnozlu “BBB” reytinqinə malikdir. Reytinqi artırmağımız daha çox ehtimal olunur, nəinki azaltmağımız”.

E.Parker qeyd edib ki, struktur islahatları, əlverişli işgüzar mühit, iqtisadiyyatın yüksək artım templəri də reytinqin yüksəldilməsinə səbəb ola bilər: “İslahatların keçirilməsi o qədər də real görünmür, amma heç vaxt bilmək olmaz ki, seçkilərdən sonra nə olacaq. Bəlkə yeni proqramlar ortaya qoyulacaq?”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR