Bank Of Baku

Azərbaycanda xarici valyutada kart ödənişləri üzrə banklar arasında son hesablaşmalar vahid hesab üzərindən aparılacaq

Azərbaycanda xarici valyutada kart ödənişləri üzrə banklar arasında son hesablaşmalar vahid hesab üzərindən aparılacaq
# 24 sentyabr 2011 08:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «MilliKart» Prosessinq Mərkəzi tərəfindən xidmət olunan banklar arasında xarici valyutada kart ödənişləri üzrə klirinqin nəticələri əsasən son hesablaşmaların aparılması üçün Azərbaycan Mərkəzi Bankında (AMB) müvafiq hesab açılıb. Prosessinq Mərkəzindən «APA-Economics»ə verilən məlumata görə, «MilliKart»dan alınan klirinqin nəticələrinə əsasən son hesablaşmalar AMB tərəfindən gündəlik, bankların xarici valyutada müxbir hesablarından mübahisəsiz qaydada vəsaitin silinməsi ilə həyata keçirilir.

Son hesablaşmaların AMB tərəfindən aparılması banklar üçün banklararası hesablaşmalarda yarana biləcək əlavə risklərdən sığortalamaqla yanaşı, hesablaşmaların aparılmasında bankları əlavə xərclərdən və vaxt itkisindən azad edir.

Qeyd edək ki, 18 bank tərəfindən təsis edilən «MilliKart» 2006-cı ilin oktyabrından fəaliyyət göstərir. Hazırda Mərkəz tərəfindən 13 banka xidmət göstərilir. Həmin banklar tərəfindən 170 mindən artıq ödəniş kartları emissiya edilib, 290-dan artıq bankomat və 1200-dən artıq POS-terminal quraşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR