Bank Of Baku

Azərbaycanda cari əməliyyatlar hesabının balansının ÜDM-ə nisbəti 45%-ə çatıb

Azərbaycanda cari əməliyyatlar hesabının balansının ÜDM-ə nisbəti 45%-ə çatıb
# 24 sentyabr 2011 08:20 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın tədiyyə balansında əks olunan cari əməliyyatlar hesabının balansının ÜDM-ə nisbəti 2011-ci ilin yanvar-iyun ayları üzrə 45,4% təşkil edib. «APA-Economics»in hesablamalarına görə, ötən ilin ilk yarısının eyni göstəricisinə nisbətən 4,9 faiz bəndi səviyyəsində artım müşahidə olunub. Müqayisə üçün qeyd edək ki, 2010-cu ilin yekunlarına görə, cari əməliyyatlar hesabının balansının ÜDM-ə nisbəti 28,9% təşkil edib.

Cari əməliyyatlar hesabının balansının ÜDM-ə nisbətinin bu dərəcədə yüksək olmasının əsas səbəbi ticarət balansının müsbət saldosunun böyük olması ilə bağlıdır. Bunun səbəbi isə öz növbəsində neft-qaz sektoru üzrə ixracın məcmu idxalı dəfələrlə üstələnməsindədir. Belə ki, yanvar-iyun ayları ərzində neft-qaz sektoru üzrə ixracın həcmi 17,5 mlrd. dollar, Azərbaycanın ümumi idxalı isə 4,1 mlrd. dollara bərabər olub.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, Azərbaycanda cari əməliyyatlar hesabının balansının ÜDM-ə nisbəti 2011-ci ilin yekunlarına görə 28,4% təşkil edəcək. Lakin neftin qiyməti yüksək səviyyədə qalarsa, bu göstəricinin daha da artacağını gözləmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR