Bank Of Baku

Azərbaycanda problemli kreditlərin xüsusi çəkisi artır

Azərbaycanda problemli kreditlərin xüsusi çəkisi artır
# 24 sentyabr 2011 09:57 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 464 mln. manat və ya 5,4% artıb. Eyni zamanda, iyul ayında məcmu kredit portfeli 164,3 mln. manat və ya 1,8% artıb.

Kredit təşkilatlarında vaxtı keçmiş kreditlərin həcmi avqustun 1-nə 581,1 mln. manat təşkil edib ki, bu da problemli kreditlərin məcmu kredit portfelində xüsusi çəkisinin 6,4%-ə çatması deməkdir. Müqayisə üçün qeyd edək ki, ötən ilin avqustun 1-də bu göstərici 4,6%-ə, 2011-ci ilin əvvəlində isə 5,4%-ə bərabər olub.

Göründüyü kimi, son aylar ərzində vaxtı keçmiş kreditlərin həcmi və xüsusi çəkisinin artması müşahidə olunur, bu da kredit alanların ödəmə qabiliyyətinin zəifləməsi ilə əlaqədardır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR