Bank Of Baku

Azərbaycan sığorta bazarı son bir ildə 30% artıb

Azərbaycan sığorta bazarı son bir ildə  30% artıb
# 24 sentyabr 2011 09:01 (UTC +04:00)
Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə sığorta hadisələri üzrə ödənişlərin ümumi həcmi 17,5% artaraq 36,318 mln. manata çatıb.

Bu müddət ərzində həyat sığortası üzrə daxilolmaların həcmi 2,2 dəfə artaraq 2,105 mln. manat, qeyri-həyat sığortası üzrə 17,4% artaraq 93,940 mln. manat, icbari sığorta növləri üzrə isə 74% artaraq 38,391 mln. manat olub.

Ödənişlərə gəldikdə isə həyat sığortası üzrə ödənilən vəsaitlərin həcmi 43,4% azalaraq 142,032 min manata, qeyri-həyat sığortası üzrə 18,5% artaraq 29,697 mln. manat, icbari sığorta növləri üzrə isə 15,5% artaraq 6,479 mln. manat təşkil edib.

Daxilolmaların strukturunda ən çox sığorta haqqı «Avtonəqliyyat vasitələrinin sığortası» (28,127 mln. manat), «Tibbi sığorta» (21,734 mln. manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (16,789 mln. manat), «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» (14,839 mln. manat) və «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (11,285 mln. manat) növləri üzrə toplanıb. Bu növlərin məcmu sığorta haqlarında payı müvafiq olaraq 20,9%, 16,2%, 12,5%, 11% və 8,4% təşkil edib.

Ödənişlərdə isə ən çox vəsait «Tibbi sığorta» (12,283 mln. manat və ya 33,8%), «Avtonəqliyyat vasitələrinin sığortası» (10,443 mln. manat və ya 29%), «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (4,788 mln. manat və ya 13,1%) və «Əmlakın yanğından və digər risklərdən sığortası» (1,801 mln. manat və ya 5%) növləri üzrə ödənilib.

Qeyd edək ki, hazırda Azərbaycanda 27 sığorta təşkilatı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR