Bank Of Baku

«Atəşgah Həyat» sığorta şirkəti 2012-ci il üçün əməliyyat planlarının hazırlanmasına başlayır

«Atəşgah Həyat» sığorta şirkəti 2012-ci il üçün əməliyyat planlarının hazırlanmasına başlayır
# 24 sentyabr 2011 11:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atəşgah Həyat» sığorta şirkəti yaxın günlərdə şirkətin 2012-ci il üçün əməliyyat planlarının hazırlanması işlərinə başlayacaq. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədri vəzifəsini icra edən Əkbər Mədətli bildirib.

Ə.Mədətlinin sözlərinə görə, 2012-ci ili əhatə edəcək bu sənəddə şirkətin əsas fəaliyyət istiqamətləri, o cümlədən könüllü həyat sığortası növləri üzrə təkmilləşdirmə və inkişaf tədbirləri əks olunacaq: «Hazırda bazarda könüllü sığorta növləri üzrə yığımların potensialı daha çoxdur və bu baxımdan proses yaxın bir il üçün daha da aktuallaşacaq».

Ə.Mədətli bildirib ki, şirkətin ümumi yığımlarında 70% icbari həyat sığortası, 30% isə könüllü həyat sığortasının payına düşür: «Bu səbəbdən, yaranan fərqi azaltmaq üçün könüllü həyat sığortası növlərini təkmilləşdirməyə və daha da inkişaf etdirməyə ehtiyac var».

Qeyd edək ki, «Atəşgah Həyat» sığorta şirkəti 2009-cu ildə yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR