İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycanın son 20 ildə iqtisadiyyatının inkişafı barədə ətraflı məlumat verib. Nazir bildirib ki, bu tarix şərti olaraq üç hissəyə bölunüir. Belə ki, 1991-1994-cü illər tənəzzül dövrü kimi qiymətləndirilir. Bu dövr ərzində ÜDM orta hesabla 13-20% azalıb, adambaşına düşən ÜDM-in həcmi 72%, əhalinin gəlirləri isə 3,6 dəfə düşüb. İnflyasiya səviyyəsi 1700%-dən yuxarı olub. İqtisadiyyatın növbəti dövrü 1995-2003-cü illəri əhatə edib. Bu dövr ərzində stabillik müşahidə olunub. Belə ki, 1994-cü ildə «Əsrin müqaviləsi» bağlandıqdan sonra Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa, Bakı-Novorosiysk boru kəmərləri layihələri həyata keçirilib. Həmçinin, bu dövrdə Azərbaycan beynəlxalq maliyyə qurumları ilə sıx əməkdaşlığa başlayıb. Bir çox sahələrdə islahatlar keçirilib, özəlləşdirməyə start verilib. Hesabat dövründə ÜDM-in orta illik artımı 9% təşkil edib, orta real əmək haqqı 5,6 dəfə, xarici investisiyalar 10 dəfə, daxili investisiyalar isə 5 dəfə artıb, inflyasiya kəskin aşağı düşüb.
Ş.Mustafayevin sözlərinə görə, 2003-cü ildən indiyədək isə iqtisadiyyatın sürətli artımı qeydə alınıb. Bir çox dövlət proqramlarının, o cümlədən yoxsulluğun azaldılması, xaricdə təhsil dövlət proqramlarının icrasına başlanılıb. Son 7 ildə ölkədəki məktəblərin 40%-i və ya 2200-ü yenidən tikilib. Növbəti iki ildə isə bütün məktəblər yüksək standartlara cavab verəcək. Həmin dövr ərzində bir çox sahələrdə islahatlar davam etdirilib və ümumiyyətlə 20 il ərzində Azərbaycan keçid dövrünü başa çatdırıb. Bu dövrdə ÜDM-in orta illik artımı 14% təşkil edib. ÜDM-in in adambaşına düşən payı 5 dəfə artıb, özəl sektorun payı 81,5%-ə çatıb, xarici dövlət borcu ÜDM-in 7%-ni təşkil edib. Bu dövrdə valyuta ehtiyatları 40 mlrd. dollar təşkil edib ki, bu da xarici borcu 8 dəfə üstələyir.
Nazir bildirib ki, ölkə iqtisadiyyatına indiyədək 100 mlrd. dollardan çox investisiya yatırılıb ki, bunun da yarısından çoxu xarici investisiyaların payına düşür. Bu dövrdə ölkə iqtisadiyyatına yatırılan investisiyalar 2,4 dəfə, o cümlədən xarici investisiyalar 5,1 dəfə, daxili investisiyalar isə 5,5 dəfə artıb. Həmçinin, 2004-cü ildən etibarən xarici ticarət dövriyyəsində müsbət saldo yaranıb, əmək haqqı 2,6 dəfə, əhalinin gəlirləri 3,2 dəfə, pensiyalar 6,3 dəfə, minimal əmək haqqı 4 dəfə artıb, 2003-cü ildən etibarən ölkədə 900 mindən çox iş yeri yaradılıb ki, bunun da 655 mini daimi iş yeri olub. Hazırda Cənubi Qafqaz regionunun iqtisadiyyatında Azərbaycanın payı 70%-dən çoxdur.
Tədbirdə Azərbaycanın 160 illik neft tarixindən danışan Azərbaycan Dövlət Neft Şirkətinin I vitse-prezidenti Xöşbəxt Yusifzadə qeyd edib ki, hələ 1901-ci ildə Azərbaycanda 11 mln. ton neft hasil olunub ki, bu da dünya hasilatının 50%-ni təşkil edib. X.Yusifzadənin sözlərinə görə, əgər 1997-ci ildə ölkədə neft hasilatı 9 mln. ton, qaz hasilatı isə 5,5 mlrd. kubmetr olmuşdursa, 2010-cu ildə bu göstəricilər müvafiq olaraq 50 mln. ton və 26 mlrd. kubmetrə çatıb. «Azəri-Çiraq-Günəşli» yataqlar blokundan danışan X.Yusifzadə indiyədək buradan 248 mln. ton neft hasil edildiyini və bunun da 120 mln. tonu Azərbaycanın mənfəət neftinin payına düşdüyünü bildirib.
Tədbirdə X.Yusifzadə «Şahdəniz» layihəsinin Azərbaycanı qaz ixracatçısı ölkəsinə çevirdiyini də qeyd edib: «Buranın qaz ehtiyatları 1,2 trln. kubmetrdir. Hazırda 5 quyudan gündəlik hasilat 25 mln. kubmetr təşkil edir. Yeni açılmış «Ümid» və «Abşeron» yataqları da nəzərə alınmaqla, ölkənin təsdiqlənmiş qaz ehtiyatları 2,550 trln. kubmetrə çatıb».
Maliyyə
Ortamüddətli dövr üçün hədəf göstəricilərinin müəyyən edilməsi Qaydası təsdiqlənib
Səyahətə çıxmadan evinizi mütləq sığortalayın - FOTO
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
İsDB-in İllik Toplantıları 6 mlrd. ABŞ dolları məbləğində maliyyələşdirmə sazişləri ilə başa çatıb
Xəbər Lenti
Vens: ABŞ və İran arasında texniki danışıqlar davam edir
Messi dünya çempionatlarının bombardiri adını ələ keçirib
Türkiyədə təyyarənin enişdən sonra təkəri partlayıb, 186 sərnişin təxliyə edilib
İran və Türkiyə prezidentləri arasında telefon danışığı olub
BMT: İsrailin hücumları nəticəsində Livanın cənubunda 11 min ev dağılıb
Qara dənizdə Türkiyəyə məxsus gəmi hücuma məruz qalıb, yaralılar var
Ceyhun Bayramov türkmənistanlı həmkarı ilə iki ölkə arasındakı mövcud vəziyyəti müzakirə edib
Ukrayna Voronejdə "İskəndər" və "Kalibr"in hissələrini istehsal edən zavoda hücum edib, 5 nəfər ölüb - YENİLƏNİB2
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə gübrə yola salınacaq
Sahibə Qafarova BƏƏ Federal Milli Şurası sədrinin birinci müavini ilə görüşüb
İranın danışıqlar heyəti Omana səfər edib
“Fars”: AEBA müfəttişlərinin İrana qayıtması ilə bağlı heç bir müzakirə aparılmayıb
Ağdamda insan skeletinə bənzər qalıqlar aşkarlanıb
Emin Əmrullayev: Azərbaycan təhsilində ən çətin işlə məşğul olanlar müəllimlərdir, onların ehtiyaclarını anlamaq vacibdir - MÜSAHİBƏ
ABŞ dövlət katibi Körfəz ölkələrinə səfər edəcək
Aİ ölkələri Moldovanın bloka inteqrasiyasının dərinləşdirilməsi üzrə razılığa gəlib
Prezident İlham Əliyevin adından Sərdar Berdiməhəmmədovun şərəfinə dövlət ziyafəti verilib - FOTO
Qazaxıstan Prezidenti Brüsselə rəsmi səfərə gedib
QHT-lərin “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsinə dair qayda təsdiq olunub - YENİLƏNİB
Avropa Şurasının Bakı ofisinin rəhbəri Xarici İşlər Nazirliyinə çağırılıb
Göygöldə maşın aşıb, xəsarət alanlar var
Türkmənistanlı nazir DOST Mərkəzi ilə tanış olub
Bakıda 2 marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Ortamüddətli dövr üçün hədəf göstəricilərinin müəyyən edilməsi Qaydası təsdiqlənib
Emin Əmrullayev dərsliklərdəki problemlərdən danışıb
Turizm mərkəzlərində dövlətə məxsus daşınmaz əmlakın icarəyə verilməsi qaydası müəyyənləşib
Azərbaycan vətəndaşları Gürcüstanda daimi yaşayan əcnəbilərin ilk beşliyindədir
Birinci nazir Kir Starmeri şimali irlandiyalılara qarşı ayrı-seçkilikdə ittiham edib
Qətərdə qaz emalı zavodunda partlayışda 13 nəfər ölüb, 66 yaralı var - YENİLƏNİB-1
Azərbaycanla Türkmənistan arasında gömrük sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
Gürcüstanda əcnəbilərin vahid reyestri yaradılır
Nazir müəllimlərin maaşlarının artırılmasının mümkünlüyünə münasibət bildirib
Netanyahu İsrailin lazım olduğu müddətcə cənubi Livanda qalacağını bildirib
Doktoranturaya qəbul olmaq istəyənlər imtahana buraxılış vərəqəsini çap edə bilərlər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
ADSEA: Su təchizatı ilə bağlı tənzimləmə işləri yekunlaşmaq üzrədir
Qətərin Baş naziri: ABŞ və İran arasında müharibəyə son qoymaq vəziyyətinə çatmışıq
Müəllimlərin sertifikasiyasının nəticələri iki həftə ərzində elan ediləcək, maaşlar artacaq
Mərdəkanda dənizdə 4 nəfər batıb, üç nəfərin meyiti tapılıb - YENİLƏNİB-1
Səyahətə çıxmadan evinizi mütləq sığortalayın - FOTO
Sərdar Berdiməhəmmədov: Türkmənistanla Azərbaycan arasında əməkdaşlıq ölkələrimizin uzunmüddətli maraqlarına cavab verir
Prezident: Türkmənistanın neytrallıq siyasətini həmişə dəstəkləmişik və dəstəkləməyə davam edəcəyik
Hindistanda hazırlıq mərkəzində yanğında azı 13 nəfər ölüb
Dövlət başçısı: Azərbaycan-Türkmənistan münasibətləri möhkəm təməl üzərində qurulub
Qabiliyyət imtahanlarının keçirilməsinə start verilib
Prezident: Azərbaycanla Türkmənistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq uzunmüddətli xarakter daşıyır
Vyetnam Prezidenti Azərbaycan liderini təbrik edib