Bank Of Baku

Azərbaycanda Fransanın iştirakı ilə investisiya fondu yaradılacaq

Azərbaycanda Fransanın iştirakı ilə investisiya fondu yaradılacaq
# 24 sentyabr 2011 15:41 (UTC +04:00)
Azərbaycan Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, bu məsələ Parisdə keçirilən Fransa-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının VI iclasında müzakirə olunub.
«İki ölkə arasında müzakirələr zamanı təklif olunub ki, Azərbaycan və Fransa şirkətlərinin ixrac, ticarət və investisiya ilə bağlı təşkil olunan konfrans, seminar, biznes-forum, sərgi və yarmarkalarda iştirakı təmin edilsin. Azərbaycanda qeyri-neft və qaz sektorunun inkişaf etdirilməsi və bu sahədə investisiya layihələrinin həyata keçirilməsi məqsədilə Azərbaycan ərazisində Fransa maliyyə institutlarının Azərbaycan İnvestisiya Şirkəti ilə birgə investisiya fondunun yaradılması imkanının müzakirə edilməsinin vacibliyi ifadə olunub», - deyə Maliyyə Nazirliyindən bildirilib.
İclasda həmçinin, Azərbaycan və Fransa arasında ticarət əlaqələrinin uzunmüddətli inkişafı, infrastruktur layihələri, mülki aviasiya və hava yolları, dəmiryolu, şəhər və yol nəqliyyatı, kosmik və telekommunikasiya texnologiyaları, fövqəladə hallar riskinin azaldılması, maliyyə əməkdaşlığı və digər sahələr üzrə əlaqələrin inkişafı və daha da genişləndirilməsi ilə bağlı da müzakirələr aparılıb.
Qeyd edək ki, iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyaya Azərbaycan tərəfindən maliyyə naziri Samir Şərifov, Fransa tərəfindən isə ticarət naziri Pyer Lelluş həmsədrlik edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR