Bank Of Baku

BVF analitikləri: “Avrozonadakı böhranı yalnız Avropa Mərkəzi Bankı dayandıra bilər”

BVF analitikləri: “Avrozonadakı böhranı yalnız Avropa Mərkəzi Bankı dayandıra bilər”
# 26 sentyabr 2011 07:36 (UTC +04:00)
Bakı - APA-Economics. Avrozonadakı böhranın genişlənməsinin qarşısını almaq və onun dünya iqtisadiyyatına vurduğu zərəri neytrallaşdırmaq gücündə olan yeganə orqan yalnız Avropa Mərkəzi Bankıdır. “APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, Beynəlxalq Valyuta Fondunun (BVF) analitikləri bu qənaətdədir.

BVF təmsilçiləri hesab edir ki, Avropa Stabilləşdirici Fondunun 440 mlrd. avro vəsaitlə problemi həll etməsi mümkün deyil, bu səbəbdən Avropa Mərkəzi Bankı da prosesə qoşulmalıdır: “Çünki təkcə İtaliya və İspaniyaya iqtisadi yardım üçün 2 trln. avro tələb olunur”.

Qeyd edək ki, avrozonada böhran Yunanıstandan başlayıb. Sonradan böhran İtaliya, İspaniya və Portuqaliyanı da əhatə edib. Avropa İttifaqının “zəif bəndi” sayılan Yunanıstanın xarici borcu 300 mlrd. dolları ötür. Bu, avrozona ölkələri arasında ən yüksək göstəricidir. Yunanıstanın dövlət borcu Avropanın bütün vergi ödəyiciləri üçün ağır yükə çevrilib. Hesablamalara görə, hər bir avropalı dolayı yolla Afinaya 535 avro kömək edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR