Bank Of Baku

Rusiya öz vətəndaşlarının İsveçrə banklarındakı hesabları haqqında informasiyalara çıxış imkanı əldə edib

Rusiya öz vətəndaşlarının İsveçrə banklarındakı hesabları haqqında informasiyalara çıxış imkanı əldə edib
# 26 sentyabr 2011 08:37 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiya və İsveçrə Beynəlxalq Valyuta Fonduna üzv ölkələrin Vaşinqtonda keçirilən illik toplantısında yeni hökumətlərarası saziş imzalayıb.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, sənəd Rusiyanın maliyyə naziri Aleksey Kudrin və İsveçrənin Federal Maliyyə Departamentinin direktoru Evelin Vidmer-Şlupf tərəfindən imzalanıb.

Saziş rəsmi Moskvaya Rusiya vətəndaşlarının İsveçrə banklarındakı hesabları haqqında informasiyalara çıxış imkanı verəcək.

Qeyd edək ki, yeni saziş Rusiya büdcəsinə vergi ödəməkdən yayınma və çirkli pulların yuyulması kimi faktlardan İsveçrə banklarının istifadə etməsini müəyyənləşdirib tədbir görməyə imkan verəcək. ABŞ hökuməti 2008-ci ildə analoji sazişi imzalamaqla İsveçrənin UBS bankını 800 mln. dollar cərimələməyə nail olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR