Bank Of Baku

«Xalq Bank»ın paytaxtda yeni filialı açılıb

«Xalq Bank»ın paytaxtda yeni filialı açılıb
# 26 sentyabr 2011 10:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün «Xalq Bank» ASC-nin «Əhmədli» filialı fəaliyyətə başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «Əhmədli» filialı bankın paytaxtda fəaliyyət göstərən sayca dördüncü filialıdır. Yeni filial əhali və ərazidə fəaliyyət göstərən müəssisələrə əmanətlər, müxtəlif növ kreditlər, valyuta-mübadilə, plastik kartlar, hesablaşma-kassa və təcili pul köçürmələri üzrə əməliyyatlar da daxil olmaqla tam çeşidli bank xidmətlərindən faydalanmaq imkanı verir.

Bankdan bildirib ki, yeni filial Bakı şəhəri, M.Rüstəmov küçəsi,23 ünvanında yerləşir.

Qeyd edək ki, təsisçisi bir neçə hüquqi şəxs olan «Xalq Bank» ASC 2004-cü ildən fəaliyyət göstərir. Hazırda «Xalq Bank»ın Bakıda və regionlarda 15 filialı və 2 şöbəsi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR