Bank Of Baku

BVF dünyanın ən varlı ölkəsinin adını açıqlayıb

BVF dünyanın ən varlı ölkəsinin adını açıqlayıb
# 26 sentyabr 2011 10:31 (UTC +04:00)
APA-Economics”in “The Global Post”a istinadən xəbərinə görə, hazırda Qətərdə ÜDM-in adambaşına düşən məbləği 88 222 dollar təşkil edir.

Bir il əvvəlki reytinqə başçılıq edən Lüksemburq bu dəfə ikinci yerlə kifayətlənməli olub - 81 466 dollar.

Qeyd edək ki, Qətər bu göstərici ilə dünyanın ən böyük iqtisadiyyatına malik ABŞ-ı iki dəfə üstələyib. Hazırda Birləşmiş Ştatlarda ÜDM-in adambaşına düşən məbləği 46 860 dollar təşkil edir.

BVF-nin proqnozuna əsasən, 2016-cı ildə Qətərdə ÜDM-in adambaşına düşən məbləği 111 963 dollar təşkil olacaq ki, bu da ölkəyə dünya liderliyini qoruyub saxlamaqda kömək edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR