Bank Of Baku

Proqnoz: Bu il Azərbaycanda istehsalatda bədbəxt hadisələr bağlı icbari sığorta növü üzrə 26 mln. manatın toplanacağı proqnozlaşdırılır

Proqnoz: Bu il Azərbaycanda istehsalatda bədbəxt hadisələr bağlı icbari sığorta növü üzrə 26 mln. manatın toplanacağı proqnozlaşdırılır
# 26 sentyabr 2011 11:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərin 70%-nin 2011-ci ilin sonunadək «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası» növü üzrə sığortalanacağı gözlənilir. Bunu «APA-Economics»ə açıqlamasında «Atəşgah Həyat Sığorta» şirkəti İdarə Heyətinin sədri vəzifəsini icra edən Əkbər Mədətli bildirib.

Ə.Mədətlinin sözlərinə görə, ilin sonunadək bu sığorta növü üzrə 25-26 mln. manat həcmində sığorta haqlarının toplanacağı proqnozlaşdırılır.

Şirkətin başçısı bildirib ki, sığorta bazarının bu seqmentinin potensialı daha genişdir: «Lakin bu il yığımların az olması «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası haqqında» qanunun tətbiqinə bu yaxınlarda başlanması, həmçinin cərimələrin hələ geniş tətbiq edilməməsi ilə bağlıdır».

Ə.Mədətlinin fikrincə, sığorta haqqında digər icbari qanunlarla müqayisədə «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası haqqında» qanunda geniş fəaliyyət imkanları mövcuddur.

Qeyd edək ki, «Atəşgah Həyat Sığorta» şirkəti 2009-cu ildə yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR