Bank Of Baku

«Gəncəbank»da əmək haqlarının azaldılması prosesi müşahidə olunur

«Gəncəbank»da əmək haqlarının azaldılması prosesi müşahidə olunur
# 26 sentyabr 2011 12:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Gəncəbank» ASC-də işçilərin orta aylıq əmək haqqının azalması prosesi müşahidə olunur. Bunu «APA-Economics»ə açıqlamasında bankın Maliyyə menecmenti Departamentinin müdiri Afaq Cəfərova bildirib.

A.Cəfərovanın sözlərinə görə, ötən ilin yanvar-iyun aylarında işçilərin orta aylıq əmək haqqı 767 manat təşkil edirdisə, 2011-ci ilin ilk yarısında bu göstərici 381 manata düşüb. Əmək haqlarının 50% azalmasının səbəbini A.Cəfərova bankın bu ilin yanvar-iyun aylarını 112 min manat zərərlə başa vurması ilə əlaqələndirib.

Xatırladaq ki, 2011-ci ilin iyul ayının 1-nə bankın aktivləri 45,196 mln. manat, kredit portfeli 30,123 mln. manat, depozit portfeli 5,345 mln. manat, məcmu kapitalı 16,484 mln. manat, o cümlədən nizamnamə kapitalı 15 mln. manat təşkil edib. Bu ilin birinci yarısında bankın gəlirləri 1,707 mln. manat, xərcləri 1,819 mln. manat, zərəri isə 112 min manat olub.

«Gəncəbank» ASC 1994-cü ildən fəaliyyət göstərir. Hazırda bankın ölkə üzrə 3 filialı, 6 bankomatı və 16 POS-terminalı və 68 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR