Bank Of Baku

Yunanıstanın borcunun 50%-i silinə bilər

Yunanıstanın borcunun 50%-i silinə bilər
# 26 sentyabr 2011 12:37 (UTC +04:00)
Bakı - APA-Economics. Beynəlxalq Valyuta Fondu (BVF) avrozonanı borc böhranından xilas etmək üçün yeni plan hazırlayıb.

APA-Economics”in BBC-yə istinadən xəbərinə görə, yeni plan Yunanıstanın borcunun 50%-nin silinməsini və Avropa Stabilləşdirici Fondunun həcminin 2 trln. dollara qədər artırılmasını nəzərdə tutur.

Planın yaxın beş-altı həftə ərzində elan ediləcəyi gözlənilir. BBC bu planın həyata keçirilməsinin asan olmayacağını bildirir: “Amma hərəkətsizlik növbəti maliyyə böhranına səbəb ola bilər”.

Qeyd edək ki, avrozonada böhran Yunanıstandan başlayıb. Sonradan böhran İtaliya, İspaniya və Portuqaliyanı da əhatə edib. Avropa İttifaqının “zəif bəndi” sayılan Yunanıstanın xarici borcu 300 mlrd. dolları ötür. Bu, avrozona ölkələri arasında ən yüksək göstəricidir. Yunanıstanın dövlət borcu Avropanın bütün vergi ödəyiciləri üçün ağır yükə çevrilib. Hesablamalara görə, hər bir avropalı dolayı yolla Afinaya 535 avro kömək edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR