Aktivlərin strukturunda müştərilərə verilmiş kreditlərin həcmi avqustun 1-nə 8 457,4 mln. manat (xüsusi çəkisi 63,7%), müxbir hesabları 1 078,9 mln. manat (8,1%), investisiyalar 1 250,7 mln. manat (9,4%), nağd vəsaitlər 560,2 mln. manat (4,2%), maliyyə sektoruna verilmiş kredit və depozitlərin həcmi 571,3 mln. manat (4,3%), digər aktivlər isə 1 358,5 mln. manat (10,2%) təşkil edib.
Kommersiya banklarının passivlərinin 82,6%-i bank öhdəliklərinin payına düşüb. Belə ki, bankların öhdəliklərinin ümumi həcmi 10 968,30 mln. manat təşkil edib. Öhdəliklərin tərkibində 5 892,0 mln. manatı depozitlər, 4 257,7 mln. manatı maliyyə sektorundan alınmış kredit və depozitlər, 818,7 mln. manatı digər öhdəliklər təşkil edib. Bankların məcmu kapitalı 2011-ci ilin avqustun 1-nə 2 308,7 mln. manata bərabər olub.