Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, yanvar-iyul aylarında pul kütləsi 13,2% artıb. Qeyd edək ki, M3 aqreqatının strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.
Pul kütləsinin M2 aqreqatı (manat pul kütləsi) son bir ildə 35,7% artaraq 9 351,4 mln. manata çatıb:
(mln. AZN)
| 01.08.2010 | 01.01.2011 | 01.08.2011 |
M0 (nağd pullar) | 4 811,4 | 5 455,8 | 6 199,0 |
M1 (nağd pul, tələb olunanadək əmanət və depozitlər) | 5 756,5 | 6 718,9 | 7 679,8 |
M2 (nağd pul, tələb olunanadək və manatla müddətli əmanət və depozitlər) | 6 892,0 | 8 297,5 | 9 351,4 |
M3 (nağd pul, tələb olunanadək və müddətli əmanət və depozitlər) | 9 054,5 | 10 527,5 | 11 921,2 |
Cari ilin avqustun 1-nə nağd pulun manat pul kütləsində (M2 aqreqatı) xüsusi çəkisi 66,3% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünwy göstəricisindən 3,5 faiz bəndi azdır.