Bank Of Baku

Azərbaycan sığorta bazarının 50%-i əmlak sığortasının payına düşür

Azərbaycan sığorta bazarının 50%-i əmlak sığortasının payına düşür
# 26 sentyabr 2011 14:04 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası» növü üzrə ümumilikdə 14,839 mln. manat həcmində sığorta haqqı toplanıb ki, bu da bazardakı ümumi sığorta yığımlarının 11%-ni təşkil edir.

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bu sığorta növü üzrə baş vermiş sığorta hadisələrinə görə 141,327 min manat həcmində sığorta ödənişi (ümumi ödənişlərin 0,4%-i) həyata keçirilib.

Bundan başqa, hesabat dövründə əmlak sığortası (əmlakla bağlı bütün sığorta növləri daxildir) üzrə 67,184 mln. manat həcmində sığorta haqqı toplanılıb (məcmu yığımlarda 50%) və 16,543 mln. manatlıq ödəniş (ödənişlərdə 46%) həyata keçirilib.

Qeyd edək ki, 2011-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 28 sığorta şirkəti tərəfindən 134,437 mln. manat sığorta haqqı yığılıb, 36,318 mln. manat həcmində sığorta ödənişi həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR