Bank Of Baku

«Bank Respublika»nın Qaxda filialı açılıb

«Bank Respublika»nın Qaxda filialı açılıb
# 26 sentyabr 2011 14:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Respublika» ASC-nin Qax şəhərində filialı açılıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, rayonun İ.Mustafayev küçəsi,3 ünvanında fəaliyyət göstərən filial fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətləri (hesablaşma-kassa, kreditlər, depozitlər, plastik kartlar, müxtəlif sistemlər üzrə təcili pul köçürmələri, kommunal ödənişlərin qəbulu və digər xidmətlər) göstərir.

Filialın açılış mərasimində Qax rayon İcra Hakimiyyəti və «Bank Respublika»nın nümayəndələri, habelə yerli iş adamları iştirak ediblər.

Qeyd edək ki, hazırda «Bank Respublika»nın ölkə üzrə 29 filial və 4 şöbəsi fəaliyyət göstərir.

Xatırladaq ki, «Bank Respublika» 1992-ci ildən fəaliyyət göstərir. Bankın səhmdar kapitalında «25%+1 səhm» paketi Almaniyanın DEG İnvestisiya Şirkəti və «Sparkassen International Development Trust»a məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR