Bank Of Baku

Azərbaycan prezidenti Xaçmazın sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 3 milyon manat ayırıb

Azərbaycan prezidenti Xaçmazın sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 3  milyon manat ayırıb
# 26 sentyabr 2011 16:01 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev Xaçmaz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. “APA-Economics”-in məlumatına görə, Xaçmaz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə Xaçmaz Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,0 (üç) milyon manat vəsait ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR