Bank Of Baku

«Atəşgah Sığorta» şirkəti «Sərnişinlərin icbari sığortası» növünün tətbiqini planlaşdırmır

«Atəşgah Sığorta» şirkəti «Sərnişinlərin icbari sığortası» növünün tətbiqini planlaşdırmır
# 27 sentyabr 2011 07:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atəşgah Sığorta» şirkəti yeni qüvvəyə minən «Sərnişinlərin icbari sığortası» növünün tətbiqini planlaşdırmır. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədri vəzifəsini icra edən Əkbər Mədətli bildirib.

Ə.Mədətlinin sözlərinə görə, «Sərnişinlərin icbari sığortası» növü hazırda «Atəşgah Sığorta» şirkəti üçün prioritet fəaliyyət sahəsi və yaxın gələcək üçün perspektiv kimi qiymətləndirilmir: «Lakin digər icbari sığorta növlərinin, o cümlədən «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası», «Əmlakın icbari sığortası» və «Daşınmaz əmlak istismarçısının mülki məsuliyyətinin icbari sığortası» növlərinin tətbiqi nəzərdə tutulur».

Ə.Mədətli bildirib ki, «İcbari sığortalar haqqında» qanunun qəbul edilməsinə baxmayaraq, bəzi nəzarət mexanizmlərinin olmaması səbəbindən qanunun tətbiqi istənilən səviyyədə olmur: «Hesab edirəm ki, bu qanunda ən çox avtomobil və daşınmaz əmlak sığortasına xüsusi diqqət yetiriləcək».

Xatırladaq ki, «Atəşgah Sığorta» şirkəti 1997-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları rolunda «İSR Holding» (63%), «RanExim» şirkəti (27%) və ARDNŞ (10%) çıxış edir. Hazırda şirkətin nizamnamə kapitalı 3,7 mln. manat təşkil edir. Şirkətinin 8 ofisi mövcuddur. Şirkət 17 könüllü və 4 icbari sığorta xidməti göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR