Bank Of Baku

Bu il Azərbaycanda iqtisadi artım 2% olacaq

Bu il Azərbaycanda iqtisadi artım 2% olacaq
# 27 sentyabr 2011 08:20 (UTC +04:00)
Bu proqnozu «APA-Economics»ə Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bəyan edib.

A.Vəliyev bildirib ki, yanvar-avqust ayları üzrə iqtisadi artım 1,1% olub və cari ilin qalan aylarında müəyyən dərəcədə əlavə artım gözlənilir. Eyni zamanda Komitə sədri qeyd edib ki, neft-qaz sektorunda ÜDM-in artımı gözlənilmir. Beləliklə, artım qeyri-neft sektoru hesabına baş verəcək.

A.Vəliyev bildirib ki, yanvar-avqust ayları üzrə qeyri-neft sektorunda ÜDM-in artımı 8,5% təşkil edib, sektorun məcmu ÜDM-də xüsusi çəkisi isə 49%-ə bərabərdir: «Göründüyü kimi, Azərbaycanda neft-qaz və qeyri-neft sektorlarının ÜDM-də payları bərabərləşib ki, bu da çox müsbət haldır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR