Bank Of Baku

ABŞ-ın maliyyə naziri: “Avropa siyasətçilərindən həlledici addımlar gözləyirik”

ABŞ-ın maliyyə naziri: “Avropa siyasətçilərindən həlledici addımlar gözləyirik”
# 27 sentyabr 2011 10:03 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ-ın maliyyə naziri Timoti Qaytner Avropa siyasətçilərinin avrozonadakı borc böhranına son qoymaq üçün həlledici addımlar atacağına ümid etdiklərini bildirib.

APA-Economics”in “Bloomberg”ə istinadən xəbərinə görə, T.Qaytner konkret tədbirlər görməyin vaxtının çatdığını vurğulayıb.

“Bunu onlara biz də çatdırmışıq, digər ölkələr də. Çünki artıq avrozonadakı böhran dünyanın hər tərəfində, o cümlədən Çin, Hindistan, Braziliya və Koreya kimi ölkələrin iqtisadi artımında hiss olunmağa başlayıb” - deyə nazir qeyd edib.

Onun sözlərinə görə, Avropanın tədbir görmək üçün vaxtı var, amma bu elə də çox deyil: “Avropa İttifaqının liderləri iqtisadiyyatın dəstəklənməsi üçün tədbirlərin genişləndirilməsinin zəruriliyini anlayıblar. Onlar bizə daha güclü maliyyə proqramı təqdim etməlidirlər. Bunun mümkün qədər tez olmasını istəyirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR